15:08 12-08-2021
news_image
106
FUTBOL

Sabiq klubu istəyir - Koutinyonu

“Liverpul” “Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyo ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, “qırmızılar” sabiq futbolçularını qaytarmağı nəzərdən keçirir.

Baş məşqçi Yurgen Klopp PSJ-yə keçən Corcinyo Veynaldumun boşluğunu məhz braziliyalı pleymeykerlə doldurmağın tərəfdarıdır. Həmçinin Məhəmməd Salah, Sadio Mane və Nabi Keytanın gələn ilin yanvarında Afrika Millətlər Kubokuna yollanması da Premyer Liqa təmsilçisini bu transferə məcbur edir.

Qeyd edək ki, Filipp Koutinyo 2013-2018-ci illərdə “Liverpul”un şərəfini qoruyub.