15:35 12-08-2021
news_image
214
FUTBOL

“Real”da nə qədər qazanacaq? - Mbappe

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappenin “Real”la hansı şərtlərlə müqavilə imzalayacağı bəlli olub.

Apasport.az saytının məlumatına görə, gələn yay İspaniya nəhənginə keçməyə qərar verən 22 yaşlı ulduz 6 illik anlaşma imzalayacaq.

O, ildə 25 milyon avro qazanacaq. Killian yeni klubuna azad agent statusu ilə qoşulduğu üçün əlavə 40 milyon avro alacaq.

Qeyd edək ki, PSJ Mbapenin müqaviləsinin bitəcəyi vaxta qədər İspaniya “Real”ına buraxmamağa qərar verib.