16:38 12-08-2021
news_image
121
FUTBOL

Futbolçusunu icarəyə verdi – “Real”

“Real” daha bir futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, “kral klubu” yarımmüdafiəçi Takefuso Kuboya yenə ehtiyac duymayıb.

La Liqa təmsilçisi Yaponiya millisinin üzvünü növbəti dəfə icarəyə verib. 20 yaşlı hücumameyilli oyunçu 2019/20 mövsümündə icarə əsasında formasını geyindiyi “Malyorka”da yenə eyni şərtlər altında çıxış edəcək.

Qeyd edək ki, Takefuso Kubo “Real”a 2019-cu ildə “Tokio”dan keçsə də, madridlilərdə rəsmi debüt etməyib.