16:09 12-08-2021
news_image
143
FUTBOL

10 ayın antirekordu – yığmamızdan

Azərbaycan millisi son 10 ayın antirekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, yığmamız bunu FİFA reytinqində 112-ci pilləyə yuvarlanmaqla gerçəkləşdirib.

Canni de Byazinin yetirmələri sonuncu dəfə ötən ilin oktyabrında daha aşağı – 114-cü sırada yer alıb. Noyabrda ikinci yüzlüyün ilk onluğuna daxil olan millimiz bugünkü cədvəldə oranı tərk edib.

Millimiz son 10 ayın FİFA reytinqində
Oktyabr-2020 - 114
Noyabr-2020 - 109
Dekabr-2020 - 109
Fevral-2021 - 108
Aprel-2021 - 110
May-2021 - 110
Avqust-2021 – 112

Qeyd edək ki, millimiz tarixində 12-ci dəfə 112-ci sırada qərarlaşıb.