17:00 12-08-2021
news_image
184
FUTBOL

“Qarabağ”ı qəzəbləndirmək lazımdır” – AEL-in sabiq futbolçusu

“Qarabağ”la oyun çox vacibdir, səbirsizliklə gözləyirik”.

Apasport.az saytının məlumatına görə, bunu AEL-in sabiq futbolçusu Pavlos Savva Konfrans Liqasının III təsnifat mərhələsində bu gün “Qarabağ”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

56 yaşlı kiprli mütəxəssis ənənələrinə sadiq qalaraq, mümkün uğursuzluğa indidən bəhanə tapmağa çalışıb: “AEL üçün əhəmiyyətli bir addım olacaq, komandanın uğur qazanacağına ümid edirəm. Düzdür, qələbə qazanmaq çox çətin görünür. Çünki “Qarabağ” güclü komandadır. Üstəlik, səfərdə ağır gecə olacaq. Orada azarkeş təzyiqi gözləniləndir. Bu cür atmosfer insanı daha inadkar edir. Asan olmayacağını rəqibə göstərmək və onları qəzəbləndirmək lazımdır. Çünki “Qarabağ” sonlara yaxın qollar vurur. Hakim bir neçə ədalətsiz fit çala bilər. Ümid edirəm ki, bunlar oyuna təsir göstərməyəcək”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Kiprdəki ilk qarşılaşmada 1:1 hesabı ilə nəticələnib.