21:08 12-08-2021
news_image
76
FUTBOL

“Çelsi”yə keçidi rəsmiləşdi – Lukakunun

“İnter”in hücumçusu Romelu Lukakunun “Çelsi”yə transferi, nəhayət ki, baş tutub.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə elan edib.

Belçikalı forvard “Evinə xoş gəldin” yazılı videoroliklə təqdim edilib. Onunla 5 illik müqavilə imzalanıb. Transferin londonlulara 115 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə də “Çelsi”nin formasını geyinib.