21:24 12-08-2021
news_image
193
FUTBOL

“40”a çatdı – “Qarabağ”la

Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – AEL qarşılaşması Abdullah Zubir üçün əlamətdardır.

Apasport.az saytının məlumatına görə, hazırda davam edən matç 30 yaşlı yarımmüdafiəçinin Ağdam klubundakı 40-cı avrokubok oyunudur.

Fransalı legioner bunadək 39 görüşdə şans qazanıb. Onun aktivində 6 qol var.

Zubir “Qarabağ”da ilk avrokubok matçına 2018/19 mövsümündə çıxıb. Onun 40 oyunundan 14-ü Çempionlar Liqası, 22-si Avropa Liqası, 4-ü Konfrans Liqasına təsadüf edib. 6 qoldan 5-i Avropa Liqası, 1-i Konfrans Liqasında vurulub.