22:47 12-08-2021
news_image
484
FUTBOL

“Qarabağ”ın əvvəl də, indi də missiyası fərqlidir” - Tahir Gözəl

“Həyəcan keçirdiyim dəqiqələr çox oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

O, Konfrans Liqasının III təsnifat mərhələsinin Kipr AEL-i ilə Bakıdakı cavab oyunundan (1:0) sonra jurnalistlərə açıqlama verib: “Qarabağın azad edilməsindən, sahiblərinə qaytarılmasından sonra Avropaya ilk çıxışımızdır. “Qarabağ”ın əvvəl də, indi də missiyası fərqlidir”.

Gözəl oyunun dəyərindən də danışıb: “Bu oyun mənim diqqətimdə idi. Çünki klubumuz, büdcəmiz, mənəvi dəyərlərimiz hər şeydən üstün idi. Nə demək istədiyimi bilirsiz. Ona görə çox sevindim. Sona yaxın oyun canlandı. “Qarabağ” futbolçularının təcrübəsi hesabına oyunda qələbə qazandıq. Sevindirici haldır ki, yolumuza davam edək və artıq Avropada Qarabağın sahibləri kimi oynayaq. Bu çox dəyərli və qiymətlidir”.

Klub prezidenti koronavirus pandemiyasından şikayətlənərək tamaşaçılarsız oynamaqdan bezdiklərini dilə gətirib: “Həm koronovirusdan, həm də oyunu tək özümüz izləməkdən yorulduq. Bu gün bu qədər tamaşaçı, fanklub, azarkeşlər, hardasa 15 min nəfər var idi. Təxminən il yarımdır buna həsrət idik. Önəmli futbol hadisəsi yaşadıq”.

Gözəl heyətdəki problemi də qabardıb: “Mən açıq-aydın görürəm ki, hücumçu çatışmazlığı var. Bunu oyuna əsasən deyə bilmərəm. Amma hadisə olaraq futbol günü və qazandığımız üçün sevinc yaşadıq. Hər il dünyada futbol çətinləşir. Klubların büdcələri hər il artır. Bir neçə gün əvvəl Qurban Qurbanovla görüşdük. Futbol hər gün daha çətin olur. Yaxşı oyunçu cəlb etmək də asan deyil. Neçə vaxtdır yaxşı hücumçu almaq istəyirik. Amma çox çətinliklər yaşayırıq. Lakin hesab edirəm ki, “Qarabağ” sabitliyi, futbolçuların təcrübəsi, bir neçə yaxşı oyunçu, o cümlədən Riçard Almeyda kimilərin qayıtması ilə yaxşı görüşlər olacağına inanıram”.

Gözəl heyətdəki problemi də qabardıb: “Mən açıq-aydın görürəm ki, hücumçu çatışmazlığı var. Bunu oyuna əsasən deyə bilmərəm. Amma hadisə olaraq futbol günü və qazandığımız üçün sevinc yaşadıq. Hər il dünyada futbol çətinləşir. Klubların büdcələri hər il artır. Bir neçə gün əvvəl Qurban Qurbanovla görüşdük. Futbol hər gün daha çətin olur. Yaxşı oyunçu cəlb etmək də asan deyil. Neçə vaxtdır yaxşı hücumçu almaq istəyirik. Amma çox çətinliklər yaşayırıq. Lakin hesab edirəm ki, “Qarabağ” sabitliyi, futbolçuların təcrübəsi, bir neçə yaxşı oyunçu, o cümlədən Riçard Almeyda kimilərin qayıtması ilə yaxşı görüşlər olacağına inanıram”.

Klub prezidenti Tofiq Bəhramov adına Respublika stadionunun durumundan da danışıb: “Həqiqət budur ki, vəziyyət yaxşı deyil. Çətin oldu. Əsas infrastruktur çatmır. Layihə düzgün qurulmayıb. “Qarabağ”ın öz stadionu Azərbaycanda ən yaxşısıdır. Ancaq parkinq və digər imkanlar olmadığı üçün orda oynaya bilmirik. Çünki o vaxt nəzərimizdə deyildi. Bu arenada mütləq yenilənmə işləri aparılmalıdır. Növbəti mərhələni başqa stadionda keçirməyi hələ məsləhətləşməmişik. Bugünkü vəziyyət çətindir”.

Klub prezidenti Premyer Liqada çempionluq mesajı da verib: “Mütləq çempionluq üçün mübarizə aparacağıq. İddialıyıq. Komandamız da yaxşıdır. Qurbanovla məsləhətləşəcəyik. Bir hücumçumuz çatmır. Onu da tamamlasaq, inanıram ki, çempionluq üçün ciddi mübarizə aparacağıq”.

O, Kiprdəki ilk matçda yaşanan təxribata da münasibət bildirib: “Bu çox üzücü hadisədir. Onlarda bilmirəm, bizdə qonaq müqəddəsdir. Onların prezidenti bura gələndə biz onu ən gözəl şəkildə qarşıladıq. Hər ölkə öz səviyyəsini göstərir. Ən yaxşı cavab budur. Onların hərəkəti insana yaraşmayandır. Biz yolumuza davam edirik”.

Gözəl Ağdamda avrokubok matçının keçirilməsi variantına da münasibət bildirib: “Hələ elə planımız yoxdur. Bu, dövlət siyasətidir. Artıq Qarabağ azad edilib. Orada bərpa, enerji, yol infrastrukturu, təhlükəsizlik işləri görülməlidir. Hələ məncə çox tezdir. Dövlətimizin göstərişləri, hədəfləri önəmlidir. Hesab edirəm ki, bu gün ehtiyaclarımız stadiondan önəmlidir. Səbirli olsaq, inşallah hamısı düzələcək. Bu, arzumuzdur”.

“Qarabağ”ın rəhbəri klubun hədəflərinə də toxunub: “Qarabağ”ın hədəfi öz gənc oyunçularımızı yetişdirməkdir. Bu gün 160 futbolçumuz var. Təkcə əsas komandadakı 20 nəfəri nəzərdə tutmayın. Öz yetişdirdiklərimizi meydanda görmək istəyirəm. Bu, klub prezidenti kimi arzumdur. Qurbanovla bu barədə danışmışıq. Bu da çox çətin məsələdir. Bəzən bir nəsil gəlir, Qaralar, Maksimlər yetişir. Sonra 4-7 il heç kim yetişmir. Arzum odur ki, özü oyunçu yetişdirən ciddi klub olaq. Bizim üçün önəmlidir. “Qarabağ” dünyada Azərbaycanı təmsil edən, amma resursları özündən olan klub olsun. Çünki xaricdən futbolçu gətirmək gündən-günə çətinləşir. Avropaya baxın. Macarıstanda klubların büdcələri 5-6 dəfə artıb. Oyunçulara qitənin 2-3-cü dərəcəli liqalarında o qədər tələb yaranıb ki, bu tərəfə gəlmək istəmirlər. Ona görə də özümüzdən asılı olmalıyıq”.

Gözəl qeyd edib ki, Kiprdə yaşananlardan sonra AEL rəhbərliyindən heç kim onlardan üzr istəməyib: “Kiprdəki oyundan sonra AEL rəhbərləri ilə heç bir əlaqəm olmayıb. Amma Kiprdən nə vaxt qonağımız gəlsə, Azərbaycan mədəniyyətinə, mədəniyyətli xalqa xas şəkildə qarşılayarıq. Onların üzr istəməyi də lazım deyil. Onların cavabını bu gün verdik. Səhvlərini başa düşürlər. Özlərini kiçildirlər”.