23:50 12-08-2021
news_image
239
FUTBOL

“Qalatasaray” pley-offa yüksəldi – Avropa Liqasında

Avropa Liqasında III təsnifat mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu “Sent Conston”la cavab oyununu keçirib.

İstanbulda 1:1 hesablı heç-heçəylə kifayətlənən “sarı-qırmızılar” rəqib meydanında inamlı qələbə qazanıblar. 4:2 hesabı ilə qalib gələn “Qalatasaray”ın qollarına Mbaye Diaqne, Muhammet Akturkoğlu, Sofian Fequli və Emre Kılınc imza atıblar.

Avropa Liqasının pley-offuna yüksələn “Qalatasaray” bu raundda Danimarka təmsilçisi “Randers”lə qarşılaşacaq. Türkiyəlilər öncə səfərdə, sonra evdə meydana çıxacaq.

Qeyd edək ki, pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək.