09:36 13-08-2021
news_image
136
FUTBOL

Müqaviləsinin müddəti bəlli oldu – Varanın

İngiltərənin “Mançester Yunayted” klubu ilə fransalı futbolçu Rafael Varan arasında müqavilənin detalları bəlli olub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi 4+1 illik anlaşma imzalayıb.

Tərəflər Varanın tibbi müayinədən keçməsindən sonra müqaviləni rəsmiləşdirib. Keçidi barədə ötən ay açıqlanan futbolçu müqavilə imzalamazdan əvvəl bir müddət karantində olub.

Qeyd edək ki, Varan 2011-2021-ci illərdə “Real”da oynayıb.