09:41 13-08-2021
news_image
225
FUTBOL

“Neftçi”ni keçməyə keyfiyyət bəs etdi” - Vangelis Marinakis

“Olimpiakos”un prezidenti Vangelis Marinakis komandanın Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, tanınmış iş adamı III təsnifat mərhələsində “Lüdoqorets”ə məğlubiyyətdən sonra futbolçularına mesaj göndərib.

Bununla bağlı bəyanat yayan Marinakis II təsnifat mərhələsində “Neftçi” üzərindəki qələbəyə (1:0, 1:0) də toxunub. O, futbolçularının performansından narazılıq bildirib: “Təkcə nəticə yox, sərgilənən oyundan narazıyam. Bəzi futbolçularımız kobud səhvləri ilə tariximizi təhqir etdi. Onlarla bağlı qərarı baş məşqçi verir. Ancaq futbolçu gücünün 110 faizini göstərməlidir. Əks təqdirdə, bəzilərinin bu komandada yeri yoxdur. Həm “Lüdoqorets”, həm də “Neftçi”ni keçməyə keyfiyyət bəs edirdi. Bu komandaları üstələmək üçün əlavə transferə ehtiyac yox idi”.

Qeyd edək ki, “Lüdoqorets”ə hər iki oyunda heç-heçəyə (1:1, 2:2) rəğmən penaltilər seriyası ilə uduzan “Olimpiakos” mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.