09:59 13-08-2021
news_image
279
FUTBOL

“Qarabağ”ı keçəcəklərinə ümid edir – “Aberdin”in baş məşqçisi

“Növbəti mərhələyə adladığımız üçün xoşbəxtəm. Böyük xarakterə malik futbolçu heyətim var”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Aberdin”in baş məşqçisi Stefen Qlass deyib.

45 yaşlı mütəxəssis III təsnifat mərhələsində “Breydablik” (İslandiya) üzərindəki qələbədən sonra Azərbaycan klubuna qarşı Bakıdakı ilk görüşə qələbə üçün yollanacaqlarını söyləyib: “Breydablik”lə olduğu kimi, “Qarabağ”la da ilk matçı qonaq meydanında keçirəcəyik. Bu ağır səfərdən evə sərfəli nəticə ilə dönməliyik. Azərbaycana tez gedəcəyik. Məqsədimiz də orada qələbə qazanmaq olacaq. Sonra növbəti cümə axşamı gecəsi burada işıqların altında, belə dəstəklə qrup mərhələsinə düşməyə çalışan qətiyyətli bir komanda görəcəksiniz”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 19-da Bakıda, cavab görüşü isə bir həftə sonra Aberdində keçiriləcək.