11:00 13-08-2021
news_image
127
FUTBOL

Mövsümün ilk təyinatları – Premyer Liqada

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk təyinatları açıqlanıb.

Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, ilk turun sabah keçiriləcək iki qarşılaşmasının hakimləri bəlli olub.

Mövsümün ilk fitini Rəşad Əhmədov verəcək. O, “Sabah” – “Səbail” görüşünü idarə edəcək. “Keşlə” – “Sumqayıt” matçına isə Kamal Umudlu təyinat alıb.

Premyer Liqa
I tur
14 avqust (şənbə)
18:30. “Sabah” – “Səbail”
Hakimlər:
Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”

20:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər:
Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”