12:24 13-08-2021
news_image
217
FUTBOL

“Neftçi”də 3 ildən sonra 8-ci - darmadağın

“Neftçi” avrokuboklar tarixində 8-ci dəfə böyük hesabla uduzub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə HİK qarşısında aciz qalıb.

Paytaxt təmsilçisi Finlandiyada 3 cavabsız qol buraxıb. “Ağ-qaralar” buna qədər 7 dəfə darmadağınla üzləşib.

Sonuncu belə yenilgi 3 il əvvələ təsadüf edib. Həmin vaxt “Neftçi” Macarıstanda “Uypeşt”dən 4 cavabsız qol buraxıb. 

Bütün darmadağınları səfərdə alan “Neftçi” Çempionlar Liqasında 4, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 3, Kuboklar kubokunda 1 dəfə üzülüb.

“Neftçi”nin böyükhesablı məğlubiyyətləri
10 avqust 1995. APOEL (Kipr) – “Neftçi” - 3:0 (Kuboklar kuboku)
24 iyul 1996. “Lokomotiv” (Sofiya, Bolqarıstan) – “Neftçi” - 6:0 (UEFA kuboku)
30 iyul 1997. “Vidzev” (Polşa) - “Neftçi” - 8:0 (Çempionlar Liqası)
26 iyun 2005. “Anderlext” (Belçika) – “Neftçi” - 5:0 (Çempionlar Liqası)
13 iyul 2011. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Neftçi” - 3:0 (Çempionlar Liqası)
1 avqust 2012. “Hapoel” (Kiryat-Şmona, İsrail) – “Neftçi” - 4:0 (Çempionlar Liqası)
19 iyul 2018. “Uypeşt” (Macarıstan) – “Neftçi” – 4:0 (Avropa Liqası)
12 avqust 2021. HİK (Finlandiya) - “Neftçi” – 3:0 (Avropa Liqası)