12:45 13-08-2021
news_image
947
FUTBOL

“Qarabağ” irəliləyib “Volfsburq”a çatdı – “Neftçi” gerilədi

Klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, avrokuboklaırn III təsnifat mərhələsindən sonra siyahıda bəzi dəyişikliklər olub.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” bir pillə irəliləyib. Konfrans Liqasının III təsnifat mərhələsində Kipr AEL-ini mübarizədən kənarlaşdıran (1:1, 1:0) Qurban Qurbanovun yetirmələri xal hesabını 18,500-ə çatdırıb.

Ağdam klubu kimi Niderland “Feyenoord”u da eyni xalla irəliləyib. Bu cütlük Almaniyanın “Volfsburq” klubuna şərik çıxıb. “Qarabağ” və şərikləri 69-cu yeri bölüşür.

Finlandiya HİK-i qarşısında aciz qalan “Neftçi” isə 7,000 xalla 154-cüdür. Daha 7 komanda ilə eyni göstəriciyə malik Samir Abasovun komandası 2 pillə geriləyib. Maraqlıdır ki, HİK də bu şəriklər sırasındadır.

10 pillə aşağı yuvarlanan “Keşlə” 4,000 xalla 285-ci, 5 addım geriləyən “Qəbələ” 3,500 xalla 301-ci sıraya şərikdir.

Digər klublarımız - “Sumqayıt”, “Səbail” və “Zirə” 2,825 xalla 342-ci sırada qalıb.

Qeyd edək ki, cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.