23:14 13-08-2021
news_image
219
FUTBOL

60 milyonluq təklif – 21 yaşlı hücumçuya

İspaniyanın “Atletiko” klubunun transfer siyahısında yer alan hücumçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqanın çempionu Duşan Vlahoviçə elçi düşüb.

Madrid klubu İtaliya “Fiorentina”sında çıxış edən forvardı bu yay heyətinə qatmaqda maraqlıdır. “Atletiko” 21 yaşlı serbiyalı üçün 60 milyon avro ödəməyə hazırdır. Paytaxt təmsilçisi keçid üçün argentinalı müdafiəçisi Neuen Peresi də verməyə razıdır.

Qeyd edək ki, Florensiya klubunun rəhbərliyi də hücumçuya yeni müqavilə təklif edib.