14:12 13-08-2021
news_image
182
FUTBOL

AFFA maliyyə yardımı edəcək – “Qəbələ”yə

AFFA 2021/22 mövsümündə də “Qəbələ”yə maliyyə yardımı edəcək.

Apasport.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın növbəti mövsümündə də stabil maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə AFFA arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib. Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də assosiasiya kluba maddi dəstək göstərəcək.

AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ”nin əsas komandasının çempionatda çıxışını təmin etməyə deyil, eyni zamanda, “Qəbələ” Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın ilk turunda avqustun 15-də “Neftçi”nin qonağı olacaq.