14:30 13-08-2021
news_image
112
FUTBOL

Ən yaxşı adına 3 namizəd – Avropa Liqasında

Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA bu yerə iddiaçı 3 futbolçunun adını açıqlayıb.

Onlardan ikisi “Mançester Yunayted”in formasını geyinən yarımmüdafiəçi Bruno Fernandeş və hücumçu Edinson Kavani, digər namizəd isə turnirin finalçısı “Vilyarreal”ın qolçusu Jerar Morenodur.

Həmçinin səsvermə zamanı 4-10-cu yerlərdə qərarlaşan oyunçular da açıqlanıb. Bu yerləri müvafiq olaraq Pol Poqba (“Mançester Yunayted” – 36 xal), Pau Torres (“Vilyarreal” – 34), Raul Albiol (“Vilyarreal” – 19), Daniel Parexo (“Vilyarreal” – 18), Leonardo Spinazzola (“Roma” – 14), Etyenn Kapue (“Vilyarreal” – 8) və Nikolya Pepe (“Arsenal” – 8) tutub.

Mükafatın sahibi avqustun 27-də İstanbulda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı bəlli olacaq.