00:00 14-08-2021
news_image
317
FUTBOL

İsrailliləri uda bilmir – “Neftçi”

Konfrans Liqasına yuvarlanan “Neftçi” pley-off mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan və İsrail klublarının yolları cari mövsümdə artıq bir dəfə kəsişib.

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsində “Aşdod”u mübarizədən kənarlaşdırıb – 0:0, 1:0. Elə Hayfa “Makkabi”si ilə ilk duel də ağdamlıların hesabındadır. 

“Qarabağ” 1999-cu ildə İntertoto kubokunda rəqibini keçərək tarixi nailiyyət qazanıb – 2:1, 0:1. Bu, tarixə Azərbaycan klubunun ilk dəfə mərhələ adlaması kimi düşüb. Hər iki qələbəsini səfərdə qazanan “Qarabağ” israilliləri üstələyən yeganə təmsilçimizdir.

Digər 5 dueldə isə rəqib mərhələ adlayıb. Cəmi 2 qələbəsi olan təmsilçilərimiz 5 heç-heçə və 9 matçda uduzub. Top fərqi də israillilərin xeyrinədir – 31-10.

Sonradan “Xəzər Lənkəran”la görüşüb hər iki matçda qələbə qazanan “Makkabi” (Hayfa) kimi “Neftçi” də bu duellərdə 2 dəfə iştirak edib. Qələbəyə həsrət qalan “ağ-qaralar” hər iki halda evdə heç-heçə edib və səfərdə məğlubiyyətə üzülüb. 

1999/00 mövsümü
İntertoto kuboku, I mərhələ

Makkabi (Hayfa, İsrail) – Qarabağ - 1:2, 1:0
2009/10 mövsümü
Avropa Liqası, I təsnifat 

Simurq – Bney Yehuda (İsrail) - 0:1, 0:3 
2011/12 mövsümü
Avropa Liqası, II təsnifat

Makkabi (Təl-Əviv, İsrail) – Xəzər Lənkəran - 3:1, 0:0
2012/13 mövsümü
Çempionlar Liqası, III təsnifat 

Hapoel (Kiryat-Şmona, İsrail) – Neftçi - 4:0, 2:2
2013/14 mövsümü
Avropa Liqası, II təsnifat 

Makkabi (Hayfa, İsrail) – Xəzər Lənkəran - 2:0, 8:0
2019/20 mövsümü
Avropa Liqası, III təsnifat 

Neftçi – Bney Yehuda (İsrail) - 2:2, 1:2
2020/21 mövsümü
Avropa Liqası, qrup

Makkabi (Təl-Əviv, İsrail) – Qarabağ - 1:0, 1:1
2021/22 mövsümü
Konfrans Liqası

Qarabağ – Aşdod (İsrail) – 0:0, 1:0