16:26 13-08-2021
news_image
183
FUTBOL

Azərbaycanla oyunöncəsi daha bir itki – İrlandiya yığmasında

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya yığması daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Enda Stevens sıradan çıxıb.

“Şeffild Yunayted”in sol cinah oyunçusu seçmə mərhələnin sentyabrda keçiriləcək 3 oyununu buraxmalı olacaq. Bunu “Şeffild Yunayted”in baş məşqçisi Slavişa Yokanoviç də təsdiqləyib. O bildirib ki, bu ayın əvvəlində dizindən zədə alan 31 yaşlı oyunçu milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə əməliyyat olunacaq və təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu da o deməkdir ki, Stevens sentyabrın 1-də səfərdə Portuqaliya, üç gün sonra evdə Azərbaycan, 7-də isə Serbiya ilə oyunları buraxacaq.

Qeyd edək ki, İrlandiya yığmasının yarımmüdafiəçisi Ceyson Knayt da klubu “Derbi”nin heyətində zədələndiyi üçün sentyabrdakı matçlara çağırılmayacaq.