00:28 14-08-2021
news_image
264
FUTBOL

Onlardan başqa hamını satır – PSJ

Fransanın PSJ klubu satılmayan futbolçuların siyahısını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, bunlar Lionel Messi, Neymar, Killian Mbappe, Markinyos, Marko Verratti və Anhel di Mariyadır.

Liqa1 təmsilçisi istənilən digər oyunçusunu satmağa hazırdır. Yay transfer pəncərəsinin sonuna qədər 180 milyon avroluq futbolçu satmağı planlaşdıran parislilər bu vəsaitin toplanması üçün istənilən addıma hazırdır.

Lakin hələ PSJ-nin heç bir oyunçusuna real təklif yoxdur. Yeganə istisna “Bayer”in maraq dairəsinə düşən Tilo Kererdir.