11:43 15-08-2021
news_image
230
FUTBOL

Həm Messi, həm də Ronaldo ilə komanda yoldaşı olanlar – 21 futbolçu

Lionel Messi və Kriştiano Ronaldo son 15 ildə dünya futboluna hegemonluq edən iki simadır.

Apasport.az saytının məlumatına görə, onlarla komanda yoldaşı olmağın xəyalını quran minlərlə futbolçu var.

Ancaq bəziləri hətta hər ikisi ilə çiyin-çiyinə çıxış etmək xoşbəxtliyinə nail olub. Messinin PSJ-yə transferi ilə bu say artıq 21-ə yüksəlib.

Karyerası ərzində həm Messi, həm də Ronaldo ilə eyni komandada oynamıpş futbolçular:

Anxel Di Mariya
Kriştiano Ronaldo ilə: “Real”
Lionel Messi ilə: Argentina millisi

Paulo Dybala
Ronaldo ilə: “Yuventus”
Messi ilə: Argentina millisi

Jerar Pike
Ronaldo ilə: “Mançester Yunayted”
Messi ilə: “Barselona”

Karlos Tevez
Ronaldo ilə: “Mançester Yunayted”
Messi ilə: Argentina millisi

Ezekyel Qaray
Ronaldo ilə: “Real”
Messi ilə: Argentina millisi

Fernando Qaqo
Ronaldo ilə: “Real”
Messi ilə: Argentina millisi

Andre Qomeş
Ronaldo ilə: Portuqaliya millisi
Messi ilə: “Barselona”

Deko
Ronaldo ilə: Portuqaliya millisi
Messi ilə: “Barselona”

Qonsalo İquain
Ronaldo ilə: “Real”/“Yuventus”
Messi ilə: Argentina millisi

Nelson Semedo
Ronaldo ilə: Portuqaliya millisi
Messi ilə: “Barselona”

Artur
Ronaldo ilə: “Yuventus”
Messi ilə: “Barselona”

Miralem Pyaniç
Ronaldo ilə: “Yuventus”
Messi ilə: “Barselona”

Fransisko Trinkao
Ronaldo ilə: Portuqaliya millisi
Messi ilə: “Barselona”

Martin Kaseres
Ronaldo ilə: “Yuventus”
Messi ilə: “Barselona”

Henrik Larsson
Ronaldo ilə: “Mançester Yunayted”
Messi ilə: “Barselona”

Qabriel Hayntse
Ronaldo ilə: “Mançester Yunayted”
Messi ilə: Argentina millisi/“Barselona”

Keylor Navas
Ronaldo ilə: “Real”
Messi ilə: PSJ

Serxio Ramos
Ronaldo ilə: “Real”
Messi ilə: PSJ

Əşrəf Hakimi
Ronaldo ilə: “Real”
Messi ilə: PSJ

Danilo Pereyra
Ronaldo ilə: “Real”
Messi ilə: PSJ

Pablo Sarabia
Ronaldo ilə: “Real”
Messi ilə: PSJ