17:03 13-08-2021
news_image
242
FUTBOL

“Keşlə”dən ayrılmaq üçün müraciət etdi - Amil Yunanov

“Keşlə”nin yeni transferi Amil Yunanov klub rəhbərliyinə müraciət edib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, o, komandadan ayrılmaq istədiyini bildirib.

Millinin keçmiş hücumçusu səbəbsiz yerə bu fikrə düşməyib.

Ötən mövsümün ilk yarısını “Sumqayıt”da, qalan bölümünü “Səbail”də keçirən forvardı qəzəbləndirən Sənan Qurbanovun onu aldatmasıdır. Baş məşqçi 1 illik fasilədən sonra “Keşlə”yə qayıdan Yunanova yüksək maaş vəd etsə də, mühasibatlığa göndərdiyi sənəddə həmin rəqəmdən xeyli aşağı məbləğ yazıb.

Yaxınlarda ailə həyatı quran yığmanın sabiq üzvü indi bununla razılaşmır və başqa klublarla danışıqlar aparır.