22:25 14-08-2021
news_image
908
FUTBOL

“Sabah”la “Keşlə” evdə uduzdu - Premyer Liqa başladı

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə I turun iki matçı keçirilib.

Sayca 30-cu çempionat Masazırda başlayıb. Yubiley mövsümünün ilk qarşılaşmasında “Sabah” “Səbail”i qəbul edib.

Görüşün taleyini bir qol həll edib. Mövsümün ilk topu olan bu qola qonaqların albaniyalı müdafiəçisi Yurgen Qoxa imza atıb.

Günə “ASK Arena”da yekun vurulub. Burada avrokubokların uğursuzları “Keşlə” və “Sumqayıt” qarşılaşıb.

Bu matçda da qonarlar qələbə qazanıb. Milliləşən legioner Rəhim Sadıxovun görüşün sonlarında vurduğu iki top sumqayıtlılara üç xal qazandırıb.

Qeyd edək ki, tura sabah baş tutacaq “Zirə” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

Premyer Liqa
I tur
14 avqust (şənbə)
18:30. “Sabah” – “Səbail” - 0:1

Qol: Yurqen Qoxa, 30
Baş hakim: Rəşad Əhmədov
“Sabah”: 1. Səlahət Ağayev, 7. Coşqun Diniyev, 14. Slavik Alxasov (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 8. Şakir Seyidov
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 2. Amin Seydiyev, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev

“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 7. Mirsayib Abbasov, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
“Bank Respublika Arena”

20:30. “Keşlə” – “Sumqayıt” - 0:2
Qollar: 
Rəhim Sadıxov, 83, 89
Baş hakim: Kamal Umudlu
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 21. Miyusko Boyoviç, 9. Anatole Abanq, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 17. Omar Qudiabi, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev
Baş məşqçi: Sənan Qurbanov

“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 2. Dmitro Nağıyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev, 21. Sənan Ağayev
Baş məşqçi: Ayxan Abbasov
“ASK Arena”