17:58 13-08-2021
news_image
175
FUTBOL

PSJ-də debüt vaxtı açıqlandı – Serxio Ramosun

PSJ-nin yeni transferi Serxio Ramos bir ay komandanın formasını geyinə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb ispaniyalı müdafiəçinin hələ də zədədən əziyyət çəkməsidir.

Bu üzdən AVRO-2020-ni buraxan 35 yaşlı mərkəz müdafiəçisi hazırda sağalma prosesini davam etdirir. Klub rəsmi saytı vasitəsilə Ramosun milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra PSJ-də debüt edə biləcəyini bəyan edib. Ulduz futbolçunun sentyabrın 12-də “Klermon” və ya 19-da “Lion”la görüşdə meydana çıxması gözlənilir.

Qeyd edək ki, Serxio Ramos 16 il formasını geyindiyi “Real”dan yenicə ayrılaraq PSJ ilə 2 illik müqavilə imzalayıb.