10:14 14-08-2021
news_image
163
FUTBOL

5-ci dəfə icarəyə - bu dəfə “Beşiktaş”a

İngiltərənin “Çelsi” klubunun futbolçusu Mişi Batşuayi London təmsilçisini tərk edəcək.

Apasport.az saytının məlumatına görə, hücumçu növbəti dəfə icarəyə veriləcək.

Belçikalı bu dəfə Türkiyənin “Beşiktaş” klubuna keçir. 27 yaşlı hücumçu İstanbul təmsilçisi ilə şəxsi müqaviləni razılaşdırıb. Anlaşmada futbolçunun sonradan alınma şərti də yer alacaq.

Bununla da “Çelsi” Mişini 5-ci dəfə icarəyə verir. 2016-cı ildə “Marsel”dən transfer olunan belçikalı Dortmund “Borussiya”sı, “Valensiya” və 2 dəfə “Kristal Pelas”a göndərilib.

Qeyd edək ki, Batşuayinin “Çelsi” ilə müqaviləsi 2022-ci ilin yayında bitəcək.