10:19 14-08-2021
news_image
245
FUTBOL

Hakimləri bəlli oldu – “Neftçi” və “Qarabağ”ın səfər matçlarının

Avrokubokların pley-off mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ”ın görüşlərinin ədalət təmsilçiləri də bəlli olub.

“Neftçi”nin İsrail “Makkabi”si ilə Hayfadakı görüşünü Şimali Makedoniya təmsilçiləri idarə edəcək. Aleksandar Stavrev baş hakim, Dejan Kostadinov və Qoçe Petreski köməkçi hakimlər, Dejan Yakimovksi dördüncü hakim olacaq.

Şotlandiyada baş tutacaq “Aberdin” – “Qarabağ” qarşılaşmasına Avstriyadan olan hakimlər təyinat alıb. Harald Lexner baş hakim, Andreas Heydenreyx və Maksimilian Kolbiç yan xətt hakimləri, Yulian Veynberger dördüncü hakim olacaq.

Qeyd edək ki, hər iki matç avqustun 26-da keçiriləcək.