11:16 14-08-2021
news_image
484
FUTBOL

Uçurum - “Qarabağ”la “Neftçi” arasında

Avropanın top klublarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 435 komandası yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 179 xalla 88-cidir. Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə 1 addım geriləyib.

“Neftçi” 29 xalla 239-cu sıradadır. 15 pillə irəliləməsinə baxmayaraq, “ağ-qaralar” “Qarabağ”dan uçurum - 150 xal və 151 pillə geridədir.

20 xala malik “Qəbələ” üç addım geriləməklə 286-cı sıraya enib.

Qeyd edək ki, cədvəlin lideri 2056 xalı olan “Real”dır.