11:25 14-08-2021
news_image
108
FUTBOL

Obameyanqı satır – “Arsenal”

İngiltərənin “Arsenal” klubu futbolçusu Pyer-Emerik Obameyanqı satmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi qabonlu hücumçunu bu yay göndərmək istəyir.
 
Baş məşqçi Mikel Arteta afrikalı forvardın məhsuldarlığının aşağı düşməsindən narazıdır. Klub rəhbərliyi də 32 yaşlı hücumçudan qurtulmaqla maaş cədvəlində qənaətə nail olmaq arzusundadır.

Qeyd edək ki, Obameyanq 2018-ci ildə Dortmund “Borussiya”sından transfer olunub.