12:25 14-08-2021
news_image
88
FUTBOL

Dibala ilə anlaşa bilmir – “Yuventus”

İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi argentinalı hücumçuya 3 illik anlaşma təklif edib.

“Byankoneri” ildə 8 milyon maaş ödəməyə hazırdır. Lakin bu rəqəm 2 milyonluq bonuslar hesabına 10 milyona qədər arta da bilər.

27 yaşlı cənubi amerikalı bu təkliflə razı deyil. O, ildə 10 milyon və əlavə 2 milyon bonuslar istəyir. Həm də Dibala 3 deyil, 5 illik müqavilə arzusundadır.