12:39 14-08-2021
news_image
211
FUTBOL

Növbəti turun oyun cədvəli açıqlandı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb.

Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, tur avqustun 21-də “Qəbələ” – “Keşlə” matçı ilə başlayacaq.

Həmin gün “Sumqayıt” “Sabah”ı sınağa çəkəcək. Digər iki görüş ertəsi baş tutacaq.

Turun mərkəzi qarşılaşmasında “Zirə” qənimi olduğu son çempion “Neftçi”ni qəbul edəcək. Tura “Qarabağ” – “Səbail” qarşılaşması ilə yekun vurulacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
II tur

21 avqust (şənbə)

“Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu, 18:00

“Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”, 20:00

22 avqust (bazar)

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 18:30

“Qarabağ” – “Səbail”
“Azersun Arena”, 20:30