13:29 14-08-2021
news_image
616
FUTBOL

“Real” İngiltərə Premyer Liqasına gedir? – klubdan rəsmi bəyanat

İspaniyanın “Real” klubu bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi La Liqadan çıxaraq İngiltərə Premyer Liqasına qatılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Paytaxt klubu bunun yalan olduğunu bəyan edib: “Bu gün şəbəkələrdə yayılan xəbərə görə bizim klub La Liqadan İngiltərə Premyer Liqaya keçmək imkanlarını nəzərdən keçirir. Madrid “Real”ı  bəyan edir ki, bu informasiya tam yalan, absurd və mümkünsüzdür. Bu dezinformasiyanın səbəbi bizim sakit həyat tərzimizi pozmaqdır”.