13:48 14-08-2021
news_image
1334
FUTBOL

Təəssüf hissi - Namik Ələskərov üçün

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Namik Ələskərovun Türkiyə “Bursaspor”una mümkün keçidi Avropanın digər ölkələrinin də diqqətindən kənar qalmayıb.

Apasport.az saytının məlumatına görə, hücumameylli yarımmüdafiəçinin transfer qiyməti isə ümumiyyətlə şok effekti verib.

Bu məbləğ Şotlandiyada təəssüf də doğurub. “Reyncers” yazarı olan Endryu Kaski belə ucuz qiymətə olan bu səviyyəli futbolçunu itirməyə üzüldüyünü də gizlətməyib: “Yayılan məlumatlara əsasən, “Neftçi”nin bombardiri Namik Ələskəriv TFF 1-ci liqa komandası “Bursaspor”a 50 min avroya keçir. Əgər bu məbləğ düzdürsə, yay transfer pəncərəsinin ən yaxşı bəzəyidir. Məni bu qiymət ona görə şoka salır ki, Şotlandiyada heç kim onu bura dəvət etməyi fikirləşməyib”.