15:38 14-08-2021
news_image
311
FUTBOL

Premyer Liqamızda kim çempion, kim autsayder olacaq? - PROQNOZ

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü bu gün start götürəcək.

Apasport.az saytının məlumatına görə, xarici araşdırma şirkəti yeni mövsüm öncəsi komandaların çempionluq şansı dəyərləndirilib.

Qurum Avropada ölkə çempionatlarının qarşıdakı mövsümü ilə bağlı proqnozunu açıqlayıb. Yeni mövsümdə komandaların tutacaqları yerlə yanaşı, toplayacaqları təxmini xal da proqnozlaşdırılıb. Şirkət Azərbaycan çempionatında qızıl medallara əsas favorit kimi “Qarabağ”ı göstərib. Ağdam təmsilçisinin çempionluq şansı 66,8 faiz göstərilib. Proqnoza əsasən, Qurban Qurbanovun kollektivi mövsümü 67 xalla zirvədə tamamlayacaq.

Hazırkı çempion “Neftçi” ikinci yerə layiq görülübsə, paytaxtın digər təmsilçisi “Zirə”nin bürünc mükafatlara yiyələnməsi ehtimal edilib.

Premyer Liqamızda 2021/22 mövsümündə komandaların tutacaqları yerlər, çempionluq faizi və toplayacaqları xalların proqnozu belədir:

Yer

Klub

Çempionluq faizi

Qazanacağı xal

1

Qarabağ

66,8

67

2

Neftçi

23,5

55

3

Zirə

3,7

38

4

Sumqayıt

1,8

32

5

Sabah

1,2

29

6

Keşlə

1,4

29

7

Qəbələ

1

28

8

Səbail

0,6

25