14:27 14-08-2021
news_image
135
FUTBOL

Heyətə düşmədi – Messi

Fransanın PSJ klubu Liqa1-in II turu üçün heyəti açıqlayıb.

Apasport.az saytının məlumatına görə, komandaya yeni qoşulan argentinalı “Strasburq”la qarşılaşmanı buraxacaq.

O, formasını toplamaq üçün məşqlərə davam edəcək oyunçuların siyahısında yer alıb. Burada Neymar, Markinyos, Leandro Paredes, Marko Verratti, Canluici Donnarumma və Anxel di Mariya da var.

Zədədən sonra bərpa prosesi keçən Serxio Ramos da turu buraxacaq. Onun yığmaların oyunları ilə əlaqədar fasilədən sonra sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Messinin avqustun 29-dan tez debüt etməyəcəyi bildirilir.