16:32 14-08-2021
news_image
187
FUTBOL

“Ronaldo PSJ-də olmaq istəyindən ölür” - argentinalı ulduz

“Ronaldo PSJ-də olmaq istəyindən ölür”. 

Apasport.az saytının məlumatına görə, bunu Fransanın PSJ klubunun futbolçusu Anxel di Mariya deyib.

Argentinalı ulduz əfsanəvi həmyerlisi Lionel Messinin Paris klubuna keçidinə münasibət bildirib. O, digər əfsanə Kriştiano Ronaldonun da bu istəkdə olduğu qənaətindədir: “Bizim klubun oyunçularının səviyyəsi ağlasığmazdır. Belə hallara az-az təsadüf olunur, dahilər ən yaxşılarla oynamaq istəyir. Əlbəttə, Kriştiano burda olmaq istəyərdi. Amma PSJ Messini heyətinə qatdı. Xoşbəxtlikdən belə daha yaxşıdır”.