15:25 14-08-2021
news_image
112
FUTBOL

Hakimləri açıqlandı - “Zirə” – “Qarabağ” oyununun

Azərbaycan Premyer Liqasında I turun son 2 oyununun bütün təyinatlar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Zirə” – “Qarabağ” oyunu FİFA referisi Rauf Cabarova həvalə edilib. 

Eyni statusa malik digər hakimimiz Elçin Məsiyev isə “Neftçi” –“ Qəbələ” görüşündə söz sahibi olacaq. 

15 avqust (bazar)

“Zirə” – “Qarabağ”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 18:00

“Neftçi” –“ Qəbələ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”, 20:00