16:45 14-08-2021
news_image
346
FUTBOL

Namik Ələskərovun transferini açıqladı - "Bursaspor"

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun "Bursaspor"a keçidi rəsmiləşib.

Apasport.az saytı xəbər verir ki, transferi Türkiyə klubu tvitter səhifəsi ilə paylaşıb.

I liqada mübarizə aparacaq "Bursaspor" "Neftçi"dən yenicə ayrılan 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin detallarını açıqlamayıb.

Qeyd edək ki, gələn ilin yayınadək Bakı klubu ilə  müqaviləsi olan Ələskərov 50 min avro ödəməklə azad agent statusu alıb.