19:27 14-08-2021
news_image
772
FUTBOL

Bir qol, bir assist – Krivotsyuk komandasını xilas edə bilmədi

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşa çempionatında qol hesabını açıb.

Apasport.az saytının məlumatına görə, milliləşən ukraynalı müdafiəçi şərəfini qoruduğu Plotsk “Visla”sında fərqlənib.

O, komandasının “Pyast”la səfər görüşündə qol sevinci yaşayıb. O, 38-ci dəqiqəsində 0:2 hesabı ilə geridə olan komandasını ümidləndirib. 

90 dəqiqə meydanda olan Anton 79-cu dəqiqədə bərabərlik (3:3) qolunun məhsuldar ötürməsini də verib. Lakin meydan sahibləri 4:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu, Antonun Ekstaklasada 4-cü matçı olub.