20:40 14-08-2021
news_image
224
FUTBOL

Qapıçısını itirdi - "Sumqayıt"

“Sumqayıt” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi mövsümün startındaca ilk məcburi əvəzləmə etməli olub.

I turda “Keşlə” ilə keçirilən səfər matçının 2-ci dəqiqəsində qapıçı Aydın Bayramov sıradan çıxıb. Həmin dəqiqədə rəqib hücumçu Anatole Abanqla təkbətək epizodda onun zərbəsini dəf edən qolkiper rəqibi ilə toqquşub. Həkim müdaxiləsinə baxmayaraq, millimizin üzvü mübarizəni davam etdirə bilməyib.

Nəticədə baş məşqçi Ayxan Abbasov Tərlan Əhmədlini meydana buraxıb.