10:28 15-08-2021
news_image
189
FUTBOL

İlk turun qəhrəmanı – Premyer Liqada rekorda 1 qol qaldı

İngiltərənin “Lester” klubu Premyer Liqanın ilk turunda “Vulverhempton”a qalib gəlib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadakı yeganə qolun müəllifi Ceymi Vardi qeyri-adi göstəricisi ilə diqqət çəkib.

34 yaşlı forvard Premyer Liqanın I turlarında vurduğu qolların sayını 7-yə çatdırıb. O, burada cəmi 8-ci mövsümünü keçirir.

Premyer Liqanın ilk turunda vurulan qolların sayında yalnız üç əfsanə ondan üstündür. Bunlar Alan Şirer, Ueyn Runi və Frenk Lemparddır. Onlar hərəyə 8 qolu I turda vurub.