23:53 14-08-2021
news_image
1923
FUTBOL

15 dəqiqə oynadı – Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Polşa çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi IV turda “Varta”nın qonağı olub.

Son çempion Poznandakı səfər matçında inamlı qələbə qazanıb – 2:0. Oyuna ehtiyatda başlayan Mahir 75-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 3 oyunda 6 xal toplayan “Legiya” 6-cı pillədə qərarlaşıb. Emreli əvvəlki iki matçdan yalnız birində sonradan meydana daxil olaraq 32 dəqiqə şans qazanıb.