17:15 15-08-2021
news_image
135
FUTBOL

Gerd Müller vəfat edib

Almaniya futbolunun canlı əfsanəsi Gerd Müller vəfat edib.

Apasport.az saytının məlumatına görə, bir müddətdir xəstəlikdən əziyyət çəkən "Bavariya"nın sabiq hücumçusu bu səhər ölüb.

Bütün dövrlərin ən məhsuldar futbolçuları arasında göstərilən Müller 75 yaşında həyata gözlərini yumub.

Qeyd edək ki, dünya və Avropa çempionu olan Gerd Müller 1964-1979-cu illərdə "Bavariya"nın forması altında 607 oyun keçirib, 566 qol vurub.