22:17 15-08-2021
news_image
218
FUTBOL

“Bu komandaya inamım çoxdur” - Elmar Baxşıyev

"Çempionat üçün darıxmışdıq. Komanda düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdı". 

Apasport.az saytının məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın l turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. 

41 yaşlı mütəxəssis qapıçı Nicat Mehbalıyevin oyunundan razı qaldığını söyləyib: "Çətin olacağını bilirdik. Bu komandaya inamım çoxdur. Gələcək oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq. Nicatın çıxışını normal qarşılayıram. Gənc qapıçıdır". 

Baş məşqçi bəzi komponentlərin üzərində işlədiklərini sözlərinə əlavə edib: "Penaltidə hər futbolçu qol vurmaq istəyir. Mən bu amili müsbət qarşılayıram. Hücum xəttimizdə sıxıntı var. Maraqlandığımız oyunçu da var. Amma rəsmi razılıq əldə etməmişik. Heyətə U-19 komandasından oyunçular cəlb etmişik. Onlara gələcək oyunlarda şans verəcəyik. Kapitan Asif Məmmədovun yüngül zədəsi var idi və bu səbəbdən oynamırdı".

Baxşıyev rəqibin üstün və mənfi cəhətlərindən xəbərdar olduqlarını deyib: "Futbolçular oyun ərzində bunun öhdəsindən gəlirdi".