09:41 16-08-2021
news_image
113
FUTBOL

Müdafiəçisini İspaniyaya göndərir – “Çelsi”

İngiltərənin “Çelsi” klubu amerikalı müdafiəçisi Metyu Miazqanın xidmətində maraqlı deyil.

Apasport.az saytının məlumatına görə, bu üzdən də futbolçu karyerasını İspaniyada davam etdirəcək.

26 yaşlı arxa xətt oyunçusu “Alaves”ə icarəyə veriləcək. İngiltərə klubu Miazqanı əvvəllər də müxtəlif klublara icarəyə verib. Müdafiəçi “Vitess” (Niderland), “Nant” (Fransa), “Ridinq” (İngiltərə) və “Anderlext”də (Belçika) icarədə olub.

Qeyd edək ki, ABŞ-dan olan müdafiəçinin “Çelsi” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.