09:57 16-08-2021
news_image
168
FUTBOL

Sumqayıtda oynayacaq - millimiz

Azərbaycan yığmasının 21 yaşadək futbolçular arasında Avropa çempionatındakı ilk ev oyunlarının yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Milan Obradoviçin yetirmələri oktyabrda keçiriləcək hər iki matçı Sumqayıtda keçirəcək.

Yığmamızın qarşılaşmaları “Kapital Bank Arena”da baş tutacaq. Komandamız oktyabrın 8-də Xorvatiya, 12-də Finlandiyanı qəbul edəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələyə səfər matçları ilə start verəcək. Komandamız sentyabrın 2-də Xorvatiyanın, 7-də Avstriyanın qonağı olacaq.