11:34 16-08-2021
news_image
230
FUTBOL

“Aberdin” nə vaxt gəlir? – “Qarabağ” üçün

Şotlandiyanın “Aberdin” klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının pley-offunda “Qarabağ”la görüşəcək böyük britaniyalılar ilk matçdan iki gün öncə ölkəmizə gələcək.

Aberdinlilər sabah səhər saatlarında yola çıxacaq. Şotlandiya təmsilçisinin səfərə belə tez başlaması məsafənin uzaqlığı və uyğunlaşma ilə bağlıdır. Həm saat, həm hava şəraitinin fərqli olması üzündən qonaqlar oyundan əvvəl iki gün Bakıda qalmağa üstünlük verib.

Qeyd edək ki, “Qarabağ” – “Aberdin” matçı avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.