22:03 16-08-2021
news_image
170
FUTBOL

Millimizə qarşı kim oynayacaq? – İrlandiyada yeni 1 nömrə

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İrlandiya millisində əsas qapıçının kimliyi bəlli olub.

Apasport.az saytının İrlandiya mətbuatına istinadən məlumatına görə, seçmə mərhələnin qarşıdakı oyunlarında Qavin Bazunu “1 nömrə” olacaq.

Buna səbəb qolkiperin “Portsmut”a keçməsidir. Yığmanın digər qapıçılarının öz klublarında heyətə düşə bilməməsi Bazununun millinin çərçivəsini qorumasına əsas verir.

Darren Rendolfun zədəsi, Kaimhin Kelleherin klubda şans qazanmaması Bazununun işinə yarayıb. Qapıçıların problemləri indiyədək millidə 4 dəfə meydana çıxan Qavin ölkəsinin əsas komandasının “1 nömrə”si olması üçün yetərlidir.

Qeyd edək ki, millimiz İrlandiya ilə sentyabrın 4-də Dublində görüşəcək.