12:00 16-08-2021
news_image
323
FUTBOL

18 ildən sonra – legionersiz

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümü start götürüb.

Apasport.az saytının məlumatına görə, bu dəfəki turnir son illərdə keçirilən yarışlardan fərqlənir.

Bu dəfə startda heç bir komandanın başında xarici baş məşqçi dayanmayıb. Hərçənd uzun illərdir çempionatımız legioner məşqçisiz təsəvvür edilmirdi.

Sonuncu dəfə belə hadisəyə 18 il öncə - 2003/04 mövsümündə rast gəlinib. Həmin vaxt bütün klubları yerli mütəxəssislər çalışdırıb. 

Çempionatın startında əcnəbi olması ənənəsi 2004/05 mövsümündə qoyulub. Düzdür, ölkəmizə gələn ilk əcnəbi Naci Şensoy daha əvvəl Azərbaycana gəlib. Lakin türk mütəxəssis 2001/02 mövsümünün gedişində gəldiyi kimi, gedişində də “Turan”ı tərk edib.

2004-cü ilin yayından başlayan ənənə isə 17 mövsüm davam edir. Ardıcıl 17 çempionatın startında ən azı bir legioner mütəxəssis olub. Bu ənənə 2021-ci ildə qırıldı.

Qeyd edək ki, hazırda Premyer Liqada Aftandil Hacıyev (Səbail), Ayxan Abbasov (Sumqayıt), Elmar Baxşıyev (Qəbələ), Qurban Qurbanov (Qarabağ), Ramin Quliyev (Sabah), Rəşad Sadıqov (Zirə), Samir Abasov (Neftçi) və Sənan Qurbanov (Keşlə) çalışır.