14:06 16-08-2021
news_image
141
FUTBOL

PSJ-dən gedir – “Lion”a

Fransanın PSJ klubunun müdafiəçisi Leyvin Kurzava komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını Liqa1-in digər klubunda davam etdirməyə yaxındır.

Kurzava “Lion”la danışıqlar aparır. Tərəflərin yaxın günlərdə bütün detalları razılaşdıracağı gözlənilir.

“Lion” Leyvinlə paralel şəkildə PSJ rəhbərliyi ilə də danışıqlara start verib. Keçidə səbəb futbolçunun əsas heyətə düşmək şansının azalmasıdır. Əşrəf Hakiminin transferi Kurzavanın oyun praktikası baxımından problemlə üzləməsinə səbəb olub.